BMT: 1,1 milyon suriyalı vətənə qayıdıb

BMT: 1,1 milyon suriyalı vətənə qayıdıb
13.10.2025 18:30 Dünya

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 2024-cü ilin dekabrında Suriyada hökumət dəyişikliyindən sonra təxminən 1,1 milyon suriyalı başqa ölkələrdən evlərinə qayıdıb. 

TodayPress TV xəbər verir ki, bundan əlavə, 1,8 milyondan çox məcburi köçkün ölkə daxilində öz əvvəlki yaşayış yerlərinə dönüb.

UNHCR hesabatında bildirir ki, 2024-cü il dekabrın 8-dən bu günə qədər 1 099 768 nəfər başqa ölkələrdən Suriyaya qayıdıb. Eyni zamanda 1 milyon 880 min 432 məcburi köçkün doğma yerlərinə və ya əvvəlki yaşayış məntəqələrinə dönüb.

Son bir həftə ərzində 17 044 nəfərin qayıdışı qeydə alınıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında silahlı müxalifət qüvvələri Suriya ordusuna qarşı hücuma keçib, dekabrın 8-də Dəməşqə daxil olub. Nəticədə prezident Bəşər Əsəd istefa verərək ölkəni tərk edib.

Daha sonra “Həyat Təhrir əş-Şam” qrupunun lideri Əhməd əl-Şaraa Suriyanın faktiki rəhbəri elan olunub. O, 2025-ci il yanvarın 29-da özünü keçid dövrü üçün prezident səlahiyyətlərini icra edən şəxs kimi təqdim edib və bu dövrün 4–5 il davam edəcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Bütün Xəbərlər