Fransanın səfiri Azərbaycanı tərk etdi
Fransanın səfiri Ann Buayon Azərbaycanı tərk edib.
TodayPress TV xəbər verir ki, bu barədə diplomat sosial mediada paylaşım edib.
"Missiyamın sonunda fantastik komandadan ayrılıram. Yeni səfir Sofie Laquta Fransa-Azərbaycan münasibətlərinə və regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə müvəffəqiyyətlər arzulayıram", - Ann Buayon vurğulayıb.
Qeyd edək ki, Ann Buayonın Azərbaycandakı diplomatik missiyası başa çatıb. Sofie Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib.