Şuşada minaya düşən şəxsin son vəziyyəti AÇIQLANDI
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 1979-cu il təvəllüdlü kişi sentyabrın 28-də saat 10:20 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının qəbul şöbəsinə hospitalizasiya olunub.
Müayinələr zamanı ona təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərəsinin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafda I dərəcəli yanıq diaqnozları qoyulub.
TƏBİB-dən qeyd olunub ki, pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir və müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir.
Kübra Musayeva