Qaradağ rayonunda palçıq vulkanı püskürdü - VİDEO - YENİLƏNDİ

Qaradağ rayonunda palçıq vulkanı püskürdü - VİDEO - YENİLƏNDİ
26.09.2026 12:57 Sosial

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.

TodayPress TV

***

09:05

Qaradağ rayonu ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər