“Koroğlu”da metro dayandı: Sərnişinlər təxliyə edilir - VİDEO

“Koroğlu”da metro dayandı: Sərnişinlər təxliyə edilir - VİDEO
14.09.2026 08:29 Sosial

Bakı Metropoliteninin “Koroğlu” stansiyasında qatarların hərəkətində gecikmə yaşanıb.

TodayPress TV xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, qatar əvvəlcə tuneldə təxminən 10 dəqiqə ləngiyib.

Daha sonra stansiyaya daxil olan qatar burada da 10-15 dəqiqəyə yaxın hərəkətsiz qalıb.

Gecikmə nəticəsində stansiyanın platformasında və giriş hissəsində sərnişin sıxlığı yaranıb.

Sərnişin axınının tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən “Koroğlu” stansiyasının giriş qapıları müvəqqəti olaraq bağlanılıb.

Hazırda stansiyada yalnız çıxış qapıları fəaliyyət göstərir və sərnişinlərin stansiyadan təxliyəsi həyata keçirilir.

Məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlanıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər