“Heç bir problemimiz yoxdur!” - Mbappe qalmaqallı şayiələrə cavab verdi
Fransa millisində çıxış edən hücumçu Kilian Mbappe “Qızıl top” haqqında açıqlamalardan sonra komanda yoldaşı Usman Dembele ilə arasında gərginlik yaranması barədə yayılan şayiələri təkzib edib.
TodayPress TV xəbər ver ir ki, bu barədə “Actu Foot” məlumat yayıb.
Bildirilir ki, Mbappe Dembelenin hər zaman “istedadlı oyunçu”, özünün isə “seçilmiş biri” kimi qəbul edildiyini deyib. Bundan sonra PSJ-nin hücumçusu Usman Dembele “Bütün karyeram ərzində tək bir söz də deməmişəm, sadəcə çox çalışmışam. Dediyim kimi, heç vaxt seçilmiş olmamışam, sadəcə zəhmət çəkmişəm” deyə cavab verib.
Mbappe məsələyə aydınlıq gətirərək aralarında heç bir problem olmadığını vurğulayıb:
“Mən artıq bu barədə onunla danışmışam. Heç bir gərginlik yoxdur, o, mənim dostumdur. Əslində bununla bağlı heç bir problem yoxdur, mən tamamilə sakitəm. Millətlər Liqası matçları və Fransa milli komandasında çıxış etdiyimiz dövrə gəlincə - burada həmişə müzakirə üçün bir bəhanə tapmaq lazımdır. Düşünürəm ki, bu da sadəcə bir bəhanə oldu”.
Qeyd edək ki, daha əvvəl Fransa millisinin keçmiş müdafiəçisi Biksant Lizarazyu da iki hücumçu arasında ehtimal olunan münaqişə ilə bağlı sualı cavablandırmışdı.
Namiq HUN