“Ailəmə hörmətsizlik etdilər!” - Rosenyordan qalmaqallı oyundan sonra sərt sözlər

“Ailəmə hörmətsizlik etdilər!” - Rosenyordan qalmaqallı oyundan sonra sərt sözlər
22.09.2026 09:25 İdman

“Paris” klubunun baş məşqçisi Liam Rosenyor Liqa 1-in V turunda “Strasburq”a qarşı keçirilən və komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan matçda azarkeşlərin təhqirlərinə məruz qalıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

İngiltərəli mütəxəssis əvvəllər Elzas təmsilçisində çalışsa da, ötən mövsüm “Çelsi”yə keçmək üçün oradan ayrılıb. Qarşılaşma zamanı “Strasburq” azarkeşləri mütəxəssisin ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Qonaqların 2:0 hesabı ilə öndə olduğu vaxtda oyun hətta müvəqqəti olaraq dayandırılıb. Yekun fitdən sonra baş məşqçi qonaq sektoruna yaxınlaşaraq əllərini qulaqlarına aparıb və azarkeşləri təxribata çəkib. Futbolçular, o cümlədən İsmael Dukure onu saxlamağa çalışıblar. Nəticədə oyunçular və məşqçilər korpusu arasında ciddi gərginlik və qarşıdurma yaşanıb.

Daha sonra Rosenyor baş verən insidentə münasibət bildirib:

“Məni tanıyanlar bilir ki, mən hər zaman ətrafımdakılara hörmətlə yanaşmışam. Vəziyyətin kontekstini başa düşürəm, lakin bu, həddini aşdı. “Strasburq” əla futbol klubudur, mən onu hər zaman müdafiə etmişəm. Qələbəni bu cür qeyd etməyimin səbəbi də məhz budur.

“Strasburq” azarkeşlərinin kiçik bir qrupu ailəmə qarşı hörmətsizlik etdi. Lakin vurğulamaq istəyirəm ki, söhbət yalnız azlıq təşkil edən bir qrupdan gedir. “Strasburq” fantastik klubdur, orada möhtəşəm insanlar çalışır və azarkeşlik edir. Mənim bu jestim yalnız bu klubda uğur qazanmağımı heç vaxt istəməyən həmin azlığa mesaj idi”.

Qeyd edək ki, «Paris» 11 xalla Liqa 1-in turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər