“Özünə sadiq qal!” – Əfsanəvi tennisçi uğura aparan yolu göstərdi

“Özünə sadiq qal!” – Əfsanəvi tennisçi uğura aparan yolu göstərdi
22.09.2026 09:56 İdman

“Böyük Dəbilqə” turnirlərinin 24 dəfə qalibi, dünyanın 12-ci raketkası olan serbiyalı tennisçi Novak Cokoviç özünə verilən ən dəyərli tövsiyə haqqında danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” məlumat yayıb. 

Təcrübəli tennisçi uğurun əsas açarını açıqlayıb:

“Uğurun sirri nədir? Özünə sadiq qalmaq - başlangıc nə qədər çətin olursa-olsun, bu yanaşma sonda həmişə bəhrəsini verir.

Mənə verilən ən yaxşı məsləhət həmişə özünə sadiq qalmaq, öz həqiqi mahiyyətini qoruyub saxlamaq olub. Mən də bütün karyeram boyunca məhz belə etmişəm”.

Qeyd edək ki, Cokoviç sentyabrın 30-dan oktyabrın 6-dək keçiriləcək Pekindəki ATP-500 turnirində iştirak edəcəyini təsdiqləyib. Serbiyalı tennisçi 2015-ci ildən sonra ilk dəfə bu turnirdə mübarizə aparacaq. O, 6 dəfə (2009, 2010, 2012, 2013, 2014, 2015) çempion olduğu Pekin turnirində karyerası ərzində heç bir məğlubiyyət yaşamayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər