APL-in dibinə çökmüş “Tottenhem”də İkardi skandalı: Transfer qadağası!

APL-in dibinə çökmüş “Tottenhem”də İkardi skandalı: Transfer qadağası!
22.09.2026 09:38 İdman

İngiltərə Premyer Liqasında 5 turdan sonra qalibiyyət qazana bilməyən və 2 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşan “Tottenhem”, azad agent statusunda olan Mauro İkardi transferi ilə bağlı son qərarını verib.

TodayPress TV İtaliya mətbuatına və “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Roberto De Zerbi hücum xəttindəki qol problemini həll etmək üçün 33 yaşlı argentinalı hücumçunun namizədliyini nəzərdən keçirirdi. Lakin klub rəhbərliyi bu keçidin əleyhinə çıxıb.

Transferin baş tutmamaq səbəbləri: 

Qeydiyyat məhdudiyyəti: Premyer Liqa qaydalarına əsasən, İkardi azad agent olsa belə, 25 nəfərlik heyət siyahısına yalnız yanvar ayında daxil edilə bilər.

Maliyyə və uyğunlaşma: London klubu oyunçunun yüksək maaş tələblərindən və İngiltərə çempionatında heç vaxt çıxış etmədiyi üçün adaptasiya ola bilməmək riskindən ehtiyatlanır.

“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz qalan İkardinin karyerasını B Seriyasında və ya A Seriyasında davam etdirməsi daha real variant sayılır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər