Kuybışev neft emalı zavoduna PUA hücumu: Yanğın baş verdi - VİDEO

Kuybışev neft emalı zavoduna PUA hücumu: Yanğın baş verdi - VİDEO
22.09.2026 09:10 Dünya

Rusiyanın Samara vilayətində yerləşən Kuybışev Neft Emalı Zavodunda partlayış və yanğın baş verdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, "Exilenova+" kanalının məlumatına görə, pilotsuz uçuş aparatı (PUA) zavodun ilkin neft emalı qurğularından biri olan AVT-5-ə zərbə endirmiş ola bilər.

Hadisə ilə bağlı məlumat yayıldığı vaxt Rusiya rəsmiləri zavoda hücumu təsdiqləməyib. Bununla belə, PUA təhlükəsi səbəbindən bölgədə gecə saatlarında hava hücumu xəbərdarlığı elan edilib.

Kuybışev Neft Emalı Zavodu Rusiyanın iri neft emalı müəssisələrindən biridir və Rosneft şirkətinə daxildir. Açıq məlumatlara əsasən, zavod 2024-cü ildə təxminən 4,7 milyon ton neft emal edib. Müəssisənin illik emal gücü isə 7 milyon ton təşkil edir.

Zavodda benzin, dizel yanacağı, mazut, həlledicilər və digər neft məhsulları istehsal olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər