Boşanma nisbəti ümumi nikahların 53,5%-nə çatdı

Boşanma nisbəti ümumi nikahların 53,5%-nə çatdı
21.07.2026 10:54 Sosial

Azərbaycanda 2026-cı ilin yanvar–may aylarında 15 107 nikah və 8 087 boşanma qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə hər 1 000 nəfərə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a enib.

Bildirilib ki, 2026-cı ilin əvvəlindən etibarən Azərbaycanın əhalisi 9 287 nəfər və ya 0,1% artaraq iyunun 1-nə 10 milyon 271 min 638 nəfərə çatıb.

Ölkə əhalisinin 54,3%-i şəhərlərdə, 45,7%-i isə kənd yerlərində yaşayır. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər