Cari ilin 4 ayında istehsal olunan neft məhsullarının dəyəri açıqlandı
Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 036,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, neft məhsullarından ağ neft istehsalı 0,3%, qazoylların (dizel yanacağının) istehsalı 4,3%, neft bitumu istehsalı 7,1%, avtomobil benzini istehsalı 10,7%, neft koksunun istehsalı 12% , sürtkü yağları istehsalı 45,8 faiz azalıb.
Məlumata görə, hesabat dövründə ölkədə mazutun istehsalı 56,6 dəfə, maye qazların istehsalı isə 12,2% artıb.