Xroniki yuxu çatışmazlığı xərçəng riskini artıra bilər – həkim xəbərdarlıq edir

Sağlamlıq

06.11.2025 18:15

Hər gecə yeddi saatdan az yatmağın immun sistemini zəiflədə biləcəyini və bunun müəyyən xərçəng növlərinə yol açan risk faktorlarından biri olduğunu bildirilir.

TodayPress TV "Hindustan Times"a istinadən xəbər verir ki, bunu Anestezioloq Dr. Kunal Sood deyib.

Həkim deyib ki, yuxu çatışmazlığı yalnız yorğunluq yaratmır, həm də orqanizmin özünü bərpa etmə və müdafiə qabiliyyətini azaldır:

“Hətta bir gecə kifayət qədər yatmamaq belə xərçəng hüceyrələrini tanıyıb məhv edən immun reaksiyanı zəiflədə bilər,” – o qeyd edib.

Dr. Soodun sözlərinə görə, müntəzəm olaraq yeddi saatdan az yatmaq immun sistemini zəiflədərək bədəni infeksiyalara daha həssas edir və zamanla xərçəng riskini artırır.

Mütəxəssis əlavə edib ki, bu proses geri çevrilə bilər. Yuxu rejimi qaydaya salındıqda immun sisteminin funksiyası bərpa olunur. Bunun üçün o, aşağıdakı tövsiyələri verib: hər gün eyni saatda yatıb-durmaq, yatmazdan əvvəl ekran qarşısında vaxtı azaltmaq, qısa gündüz yuxularından istifadə etmək, səhər günəş işığı almaq.

O, vurğulayıb ki, bu sadə vərdişlər yuxu keyfiyyətini yaxşılaşdıraraq ümumi sağlamlığa müsbət təsir göstərə bilər.

Jalə Rövşən

TodayPress TV

tag: Xroniki yuxu çatışmazlığı ,Kunal Sood, Anestezioloq,Sağlamlıq ,Todaypress.tv,