“Xərçəngdən güclüsən” layihəsi çərçivəsində müayinə olunan qadınların sayı açıqlandı

“Xərçəngdən güclüsən” layihəsi çərçivəsində müayinə olunan qadınların sayı açıqlandı
27.10.2025 12:15 Sağlamlıq

"Süd vəzi xərçəngi ilə “Xərçəngdən güclüsən” sosial layihəsi çərçivəsində 22 rayonda paralel şəkildə iki istiqamət üzrə mammoqrafiya müayinələri aparılıb".  

TodayPress TV xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli deyib.

Onun sözlərinə görə, ümumilikdə 2 439 qadın mammoqrafiya müayinəsindən keçib:

“Artıq 22 rayondan 11-i üzrə nəticələrin ilkin təhlili aparılıb. 1 219 nəfərdən 386-sında BI-RADS 3, 51 nəfərdə isə BI-RADS 4 dərəcəli dəyişikliklər aşkarlanıb. BI-RADS (Breast Imaging Reporting and Data System) sistemi süd vəzi görüntülərinin beynəlxalq standart üzrə qiymətləndirilməsinə əsaslanır. BI-RADS 3 göstəricisi şübhəli, lakin çox zaman xoşxassəli dəyişikliklərə işarə edir və əlavə müşahidə tələb edir. BI-RADS 4 isə daha ciddi risk qrupuna aid olunur və əlavə diaqnostik testlərin aparılmasını zəruri edir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər