TƏBİB: Qadınlar hər 2 ildən bir süd vəzi müayinəsindən keçməlidirlər

TƏBİB: Qadınlar hər 2 ildən bir süd vəzi müayinəsindən keçməlidirlər
27.10.2025 11:28 Sağlamlıq

"Hər il minlərlə qadın süd vəzi xərçəngindən dünyasını dəyişir. Ancaq vaxtında aşkarlanarsa, insan ömrünü uzatmaq olar".

TodayPress TV xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov "Xərçəngdən güclüsən" adlı tədbirdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, qadın onkoloji xəstəliklər arasında süd vəzi xərçəngi birinci yeri tutur. Bütün qadınlar 2 ildən bir müayinədən keçməlidirlər: 

"TƏBİB tərəfindən 2 monoqrafiya vasitəsilə müayinələr aparılır. Nəticələr ilin sonunda cəmiyyətə açıqlanacaq. Qadının potensial ana olduğunu düşünsək, bu xəstələyin həlli sağlam gələcəyin açarı deməkdir". 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər