Tamamilə kor xəstənin görmə qabiliyyəti bərpa edildi

Sağlamlıq

03.02.2026 19:30

Elçe Miguel Hernandez Universiteti və "CIBER-BBN" tədqiqat mərkəzinin alimləri tamamilə kor bir xəstənin görmə qabiliyyətini qismən bərpa etməyi bacarıblar.

TodayPress TV xəbər verir ki, nəticələr "Brain Communications" jurnalında dərc edilib.

Xəstə üç ildən artıq müddət ərzində görmə qabiliyyətini itirmişdi. O, birbaşa beyin stimulyasiyası vasitəsilə süni vizual hisslər yaratmaq üçün hazırlanmış kortikal görmə protezi tədqiqatında iştirak edirdi.

Tədqiqat zamanı xəstənin əsas görmə korteksinə 100 mikroelektrod implantasiya edildi. Elektrik stimullaşdırması ilə fosfenlər yaradılıb və xəstə hər gün ən azı 30 dəqiqə vizual məşqlər edib.

Tədqiqat nəticəsində xəstənin formaları, hərfləri və rəqəmləri tanımaq qabiliyyəti və hərəkət koordinasiyası yaxşılaşıb.

Alimlər qeyd edirlər ki, nəticə yalnız bir iştirakçıda müşahidə olunub, amma bu, beynin görmə funksiyasını bərpa etmək potensialını göstərir və ağır görmə yolu zədəsi olan xəstələr üçün yeni reabilitasiya yanaşmalarının inkişafına ümid verir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kor,Görmə,Alim,Göz,Todaypress.tv,