Müsbət psixoloji vərdişlər beyin qocalmasını ləngidir

Sağlamlıq

17.12.2025 19:15

Florida Universitetinin alimləri müsbət psixoloji və sağlam həyat vərdişlərinin kombinasiyasının beyin qocalmasını əhəmiyyətli dərəcədə ləngidə biləcəyini aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Tədqiqat göstərib ki, nikbinlik, keyfiyyətli dərin yuxu, stress idarəetmə bacarıqları və güclü sosial dəstəyə malik insanların beyinləri MRT müayinələrində orta hesabla yaşlarından səkkiz il daha gənc görünür.

İki illik araşdırmaya dörd qitədən 128 orta yaşlı və yaşlı yetkin iştirak edib. İştirakçıların təxminən 70%-i qadın olub və əksəriyyəti diz osteoartrit ağrısından əziyyət çəkir və ya buna yoluxma riski altında idi. Tədqiqatçılar MRT və maşın öyrənmə metodlarından istifadə edərək hər bir iştirakçının “beyin yaşını” hesablayıb və onu xronoloji yaşı ilə müqayisə ediblər.

Ən çox cavanlaşdırıcı təsir psixoloji amillərin və sağlam həyat tərzinin əlverişli birləşməsinə malik insanlarda müşahidə olunub. Eyni zamanda, xroniki ağrı, aşağı gəlir, az təhsil və sosial əlverişsizlik “yaşlı” beyinlə əlaqələndirilib. Alimlər bildiriblər ki, mənfi təsirlər zamanla zəifləyir, müsbət amillərin faydaları isə uzun müddət davam edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Beyin,Qocalma,Xoşbəxtlik,MRT,Todaypress.tv,