Meymunçiçəyinin əsas əlamətləri açıqlandı
Sağlamlıq
02.02.2026 19:15
Meymunçiçəyi xəstəliyinin insanlarda əsas əlaməti üz və bədəndə yaranan yaralardır.
TodayPress TV xəbər verir ki, bu barədə "RİA"ya açıqlamasında Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri fakültəsinin laboratoriya rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Netesov bildirib.
Onun sözlərinə görə, xəstəliyin ən əsas simptomatik göstəricisi məhz üz və bədəndə yaranan yaralardır. Netesov qeyd edib ki, oxşar yaralar suçiçəyi, qızılca və ağır hallarda məxmərək (rubella) xəstəlikləri zamanı da müşahidə oluna bilər.
Mütəxəssis vurğulayıb ki, bu cür əlamətlərlə insanlar adətən mütləq həkimə müraciət edirlər.
Akademikin sözlərinə görə, son 10 il ərzində meymunçiçəyi ilə bağlı iki yoluxma halı qeydə alınıb. İlk xəstə iki gün əvvəl xəstəxanaya yerləşdirilib. Beş gün ərzində həmin şəxsin hərarəti 39 dərəcəyə qədər yüksəlib və üz nahiyəsində səpgilər müşahidə olunub. Bu gün isə daha bir xəstənin xəstəxanaya yerləşdirildiyi məlum olub.
SHOT-un məlumatına görə, Moskva vilayətində daha bir nəfərin tanışından meymunçiçəyi virusuna yoluxmuş ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, bundan əvvəl Gennadi Onişenko meymunçiçəyinin Nipah virusu ilə oxşar cəhətlərindən danışmışdı.
Qiymət Mahir
tag: Gennadi Onişenko,Meymunçiçəyi ,Mütəxəssis ,SHOT,Todaypress.tv,
