KTM-də nevroloji xəstəyə laparoskopik əməliyyat icra edildi
Sağlamlıq
15.12.2025 10:41
10 dekabr 2025-ci il tarixində 1999-cu il təvəllüdlü (qadın cinsli) Beyləqan rayon sakini qarın boşluğunda yaranan kəskin ağrı şikayətilə Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə müraciət edib.
TodayPress TV xəbər verir ki, aparılan instrumental-diaqnostik müayinələrin nəticələrinə əsasən pasiyentə kəskin daşlı xolesistit diaqnozu qoyulub.
Anamnezində qeyd olunur ki, pasiyent daha öncə bir neçə tibb müəssisəsinə müraciət etsə də, mövcud ciddi nevroloji pozğunluqlar səbəbindən cərrahi müdaxilənin yüksək risk daşıdığı bildirilib və ona konservativ müalicə təyin olunub. Lakin aparılan müalicələrə baxmayaraq pasiyentin ümumi vəziyyəti getdikcə ağırlaşıb.
Buna görə də KTM-də pasiyentə əməliyyat qərarı verilib. Cərrahiyyə şöbəsinin ümumi cərrahları Sənan Məsimov, Günay Quluzadə, rezident Fuad Fərzəliyev və anestezioloq Ramilə Quluyevanın iştirakı ilə xəstə üzərində laparoskopik xolesistektomiya əməliyyatı uğurla icra edilib.
Əməliyyat və sonrakı müalicə dövrü fəsadsız keçib. Pasiyent reanimasiya şöbəsində daha sonra stasionar şəraitdə müalicə aldıqdan sonra kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
tag: KTM,Uğurlu,Əməliyyat,Cərrahiyyə,Todaypress.tv,
