İnsanlar niyə şirniyyata "yox" deyə bilmir? Səbəb açıqlandı
Sağlamlıq
07.11.2025 19:45
İnsanların şirniyyat yemək istəyinin əsas səbəbi bədəndə baş verən təkamül prosesləri və beyin kimyası ilə bağlıdır.
TodayPress TV xəbər verir ki, bunu Qastroenteroloq Yekaterina Kaşuxun "RİA Novosti"yə müsahibəsində deyib.
Mütəxəssisin sözlərinə görə, şirin məhsullarda olan sadə karbohidratlar sürətlə qlükozaya çevrilir və qanda şəkərin kəskin yüksəlməsinə səbəb olur. Beyin bunu güclü və sürətli enerji mənbəyi kimi qəbul edir. Təkamül baxımından bu proses həyatda qalmaq üçün vacib rol oynayıb.
Kaşux bildirib ki, qlükozanın artımına cavab olaraq beyində mükafat sistemi aktivləşir və həzz hissi yaradan dopamin hormonu ifraz olunur. Bu da insanın şirniyyata daha çox meyil göstərməsinə gətirib çıxarır.
Həkim qeyd edib ki, qanda şəkərin sürətli yüksəlməsi qısa müddət sonra eyni sürətlə aşağı düşə bilər. Bu isə enerji itkisi, əsəbilik və güclü aclıq hissinə səbəb olur. Nəticədə insan yenidən şirniyyata üz tutur və bu, dövri şəkildə təkrarlana bilər.
O, xəbərdarlıq edib ki, yeməklərin tez-tez şirniyyatla əvəz olunması düzgün qidalanmaya mane olur, qida balanssızlığına və vacib vitamin-mineralların çatışmazlığına gətirib çıxara bilər. Bu isə müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
Qastroenteroloq əlavə edib ki, şirniyyatın müntəzəm həddən artıq istifadəsi qarşısıalınmaz karbohidrat istəyini gücləndirir və bu, insanı qeyri-sağlam pəhrizə sürükləyir.
Bundan əvvəl digər qidalanma üzrə mütəxəssislər də bildirmişdilər ki, tərkibində yüksək lif olan qidaların seçilməsi, xüsusən yulaf məhsullarından düzgün istifadə, şəkər həvəsini azaltmağa kömək edə bilər.
Jalə Rövşən
tag: Şirniyyat,Qastroenteroloq ,Yekaterina Kaşuxun,Həkim,Todaypress.tv,
