“Formula-1” çərçivəsində tibbi xidmətin təşkili tam təmin olunub

“Formula-1” çərçivəsində tibbi xidmətin təşkili tam təmin olunub
19.09.2025 12:21 Sağlamlıq

TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit) ilə əməkdaşlıq çərçivəsində “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025"də tibbi xidmətə ehtiyac yaranacağı hallar üzrə xidmətin təşkili tam təmin olunub.

TodayPress TV xəbər verir ki, yarış xətti boyunca iştirakçılara, “Formula-1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.

18-21 sentyabr 2025-ci il tarixlərində qrafik üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkili üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən yarışlar dövründə xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb.

Həmçinin “Formula-1” yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərir. 

Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı, kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər müxtəlif təyinatlı cihaz avadanlıqlar, habelə zəruri dərman, müalicə vasitələri, sərf materialları, təcili və təxirəsalınmaz tibbi yardım çantaları ilə tam təmin olunub.

Yarış müddətində tibbi xidmətin təşkili istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyətə dair TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi, Nərmanov Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərir.

Qeyd edək ki, tibb və qeyri-tibb işçilərinin hər biri bir çox beynəlxalq tədbirlərdə xidmət aparan, xarici dil biliklərinə malik təcrübəli mütəxəssislərdir.

TodayPress TV

FOTOLAR

“Formula-1” çərçivəsində tibbi xidmətin təşkili tam təmin olunub — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 Azərbaycanla bağlı yayılan iddialar əsassızdır və manipulyasiyadır 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 Bütün Xəbərlər