Dövlət tibb müəssisəsi ISO sertifikatları alacaq

Sağlamlıq

19.12.2025 13:10

“2019-cu ildən başlayaraq TƏBİB tabeli tibb müəssisələrində tibbi xidmət üzrə keyfiyyət standartlarının tətbiqinə başlanılıb. Həmin tibbi xidmət standartlarına Təcili tibbi yardım, Əməliyyatxana, Böhran vəziyyətlərinin idarə edilməsi, Endoskopiya, Biokimyəvi laborator xidmətlər və başa tibbi xidmət sahələri aiddir. Onlardan bir çoxları tibb müəssisələrində uğurla icra olunmaqdadır".

TodayPress TV xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib.

O deyib ki, 2025-ci il ərzində idarəetmə və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun olaraq Yeni Klinikada bir sıra keyfiyyət idarəetmə sistemləri uğurla tətbiq edilib:

"Artıq Keyfiyyətin idarə edilməsi Risklərin idarə edilməsi, Vətəndaş müraciətləri və şikayətlərinin idarə edilməsi sistemi üzrə ISO sertifikatları əldə olunub. Qısa müddətdə Respublika Pediatriya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası üçün də müvafiq ISO sertifikatların alınması planlaşdırılır".

Türkan İsgəndərli

tag: TƏBİB ,Yeni Klinikada,ISO ,Sertifikatlar,Todaypress.tv,