Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb

Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb
28.10.2025 12:20 Sağlamlıq

Bu ilin doqquz ayı ərzində Yeni Klinikada 847 min 644 topuq testi müayinəsi aparılıb, onlardan 114-nün cavabı pozitiv çıxıb.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müayinələrdən keçən yeni doğulanların sayı 169 min 529 olub.

Qeyd edək ki, bu, yeni doğulmuş körpələrdə aparılan laborator analizdir. Bunun vasitəsilə irsi və metabolik xəstəliklər (məsələn, fenilketonuriya, hipotiroidizm, qlükoza pozğunluğu və s.) erkən aşkarlanır.

Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan iki gün, vaxtından tez doğulan uşaqlardan isə bir həftə sonra götürülür.

TodayPress TV

FOTOLAR

Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb — 1
Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb — 2
Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb — 3
Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb — 4
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər