Azərbaycanın təcili tibbi yardım komandası 3-cü yerə layiq görüldü

Azərbaycanın təcili tibbi yardım komandası 3-cü yerə layiq görüldü
24.09.2025 12:05 Sağlamlıq

Qazaxıstanın Aktau şəhərində Təcili Tibbi Yardım Briqadalarının Beynəlxalq Çempionatı keçirilib. 

TodayPress TV xəbər verir ki, ümumilikdə 23 komandanın qatıldığı Beynəlxalq Çempionatda Azərbaycanı TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım komandası təmsil edib. 

Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin dəstəyilə Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzi tərəfindən təşkil olunan çempionatda komandamız 3-cü yerə layiq görülüb.  

Yarışın nəticələrinə əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin heyəti kubok qazanıb, fəxri fərmanla təltif olunub.

Çempionatın proqramı təcili tibbi yardımın göstərilməsi üzrə ustad dərsləri, klinik hallarla bağlı bilik səviyyəsinin yoxlanılması, düzgün diaqnoz təyin olunması, ilkin tibbi yardım və pasiyentin idarə olunması taktikası üzrə təlimləri əhatə edib.

Bundan əlavə, böyüklər və uşaqlar üçün əsas və genişləndirilmiş ürək-ağciyər reanimasiyası, travmalar zamanı xəstəxanayaqədər yardım, yenidoğulmuşların reanimasiyası və təcili mamalıq vəziyyətlərində ilkin tibbi yardım üzrə təlimlər də keçirilib.

TodayPress TV

FOTOLAR

Azərbaycanın təcili tibbi yardım komandası 3-cü yerə layiq görüldü — 1
Azərbaycanın təcili tibbi yardım komandası 3-cü yerə layiq görüldü — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər