Azərbaycanda 2025-ci ilin 10 ayında 160-a yaxın orqan transplantasiyası həyata keçirildi

Sağlamlıq

12.11.2025 12:10

2025-ci ilin ilk 10 ayında Azərbaycanda ümumilikdə 160-a yaxın orqan transplantasiyası əməliyyatı həyata keçirilib — onlardan 80-i böyrək, 50-si qaraciyər, 30-a yaxını isə sümük iliyi köçürülməsidir.

TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bildirib

Qeyd olunub ki, əməliyyat olunan xəstələrin vəziyyəti ümumilikdə qənaətbəxşdir.

Mərkəzdən bildirilib ki, son illərdə təxminən 30 qaraciyər və 10-dan çox böyrək transplantasiyası üçün namizəd xəstə müxtəlif səbəblərdən əməliyyat ərəfəsində vəfat edib.

Qurumun məlumatında vurğulanıb ki, bu fakt orqan donorluğuna könüllü razılığın və donor sayının artırılmasının həyati əhəmiyyətini bir daha göstərir, çünki hər donorun qərarı bir neçə insana yeni həyat bəxş edə bilər.

TodayPress TV



tag: Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ,Transplantasiya,Böyrək ,Statistika,