Qəbələ musiqi festivalı çərçivəsində Rauf Atakişiyev və Vasif Adıgözəlovun yubileyləri qeyd olunacaq

Qəbələ musiqi festivalı çərçivəsində Rauf Atakişiyev və Vasif Adıgözəlovun yubileyləri qeyd olunacaq
11.07.2025 17:18 Mədəniyyət

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xalq Artisti Rauf Atakişiyevin 100 illiyi və bəstəkar Vasif Adıgözəlovun 90 illiyi xüsusi konsert proqramları ilə qeyd olunacaq.

TodayPress TV Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 24-29 iyul tarixlərində keçiriləcək festivalda Azərbaycan, Latın Amerikası, Litva və Gürcüstandan tanınmış ifaçılar çıxış edəcəklər.

Nazirliyin məlumatında qeyd olunub ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması, eyni zamanda Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi builki festivalın mənəvi və tarixi əhəmiyyətini daha da artırır.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər