Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
09.07.2025 20:00 Mədəniyyət

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə iyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Bildirilib ki, iyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.

Konsert proqramlarına giriş sərbəstdir.

Qeyd edək ki, bu festival Qəbələ şəhərində 2009-cu ildən ənənəvi olaraq hər il yay aylarında keçirilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər