Məşhur aktyorun vəziyyəti ağırdır
Məşhur türkiyəli aktyor Ufuk Özkanın vəziyyəti ağırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "Kanal 3" məlumat yayıb.
Məlumata görə, sənətçi donor tapılana qədər xəstəxanadan çıxa bilməyəcək. Hazırda testlərin nəticələri və uyğun qaraciyər nəqlinin tapılması prosesi diqqətlə izlənilir.
Qeyd edək ki, Özkan 2023-cü ildən bəri sirroz xəstəliyi ilə mübarizə aparır.
Xatırladaq ki, aktyor “Böyük ailə” serialında oynadığı “Cevahir” rolu ilə məşhurlaşıb.
Aysel Mətləb