Mədəniyyət Nazirliyinə yeni müdir təyin olundu

Mədəniyyət Nazirliyinə yeni müdir təyin olundu
08.07.2025 13:42 Mədəniyyət

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.

TodayPress TV xəbər verir ki, bu posta Vasif Qurbanzadə təyin edilib.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.

A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.

(Report)

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər