“Harri Potter” serialından ilk foto yayımlandı

“Harri Potter” serialından ilk foto yayımlandı
15.07.2025 19:45 Mədəniyyət

"Harri Potter” serialının çəkilişlərindən ilk rəsmi foto yayımlanıb. Şəkil, layihəni təqdim edən "Warner Bross" studiyası tərəfindən ictimaiyyətə təqdim edilib.

TodayPress TV xəbər verir ki, kadrlarda Harri Potter rolunu canlandıran Dominik Maklaflin görünür. 

Gənc aktyor tanınmış "yaşayan oğlan" obrazında - çapıqlı alın, dairəvi eynəklər və Hogvarts geyimi ilə təqdim olunub. 

Serial J.K. Roulinqin orijinal kitabları əsasında hazırlanır və 2027-ci ildə "HBO" və "HBO Max" platformalarında yayımlanacaq. Layihə, kitabların hər birini ayrıca mövsüm şəklində ekranlaşdıraraq, daha dərindən və kitab mətninə sadiq şəkildə təqdim etməyi hədəfləyir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər