Fərid Cəfərov: “Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir”
Mədəniyyət
14.12.2025 20:03
“Azərbaycan–Özbəkistan münasibətləri iki dövlət başçısının — Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi altında bütün sahələrdə dinamik şəkildə inkişaf edir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimində deyib.
O bildirib ki, bu sahələrdən biri də mədəniyyət üzrə əməkdaşlıqdır:
“Biz eyni mədəni irsi paylaşan xalqlarıq. Son üç il ərzində mədəniyyət xadimlərimiz hər iki ölkədə keçirilən festivallarda fəal iştirak edirlər. Bu proses Azərbaycan və Özbəkistan arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz təzahürüdür”.
Qiymət Mahir
