Brüs Liyə həsr olunmuş muzey bağlandı
Honq Konqda amerikalı aktyor və döyüş ustası Brüs Liyə həsr olunmuş muzeyi bağlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə rəsmi Brüs Li fan-klubu özünün “Facebook” səhifəsində məlumat verib.
Muzeyin kolleksiyasında 2 min eksponat - heykəllər, jurnallar və nadir kadrlar var.
Qeyd olunub ki, koronavirus pandemiyası dövründə muzeyin gəlirləri artıq azalıb. Muzeyin yenidən açılıb-açılmayacağı məlum deyil.
Rəsmi fan klubu Brüs Linin ailəsi təsis edib.
Nicat Osman