Azərbaycan və Özbəkistan memorandum imzaladı

Mədəniyyət

15.12.2025 23:15

Azərbaycan və Özbəkistan mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

TodayPress TV bu barədə Özbəkistan Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Sənəd Bakıda keçirilən Azərbaycan və Özbəkistan arasında Mədəniyyət üzrə Birgə Komissiyanın 1-ci iclasında imzalanıb.

İclas Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Bahodir Əhmədov və Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun sədrliyi ilə keçirilib.

Tərəflər fikir mübadiləsi apararaq əməkdaşlığın bir sıra məsələləri üzrə razılığa gəlib və mədəniyyət sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Qeyd edək ki, Birgə Komissiyanın 1-ci iclası 14–20 dekabr tarixlərində Bakıda Özbəkistan Mədəniyyət Günləri çərçivəsində baş tutub.

Bağlanış mərasimi Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbdə keçiriləcək.

TodayPress TV

tag: Azərbaycan,Özbəkistan,Memorandum,Mədəniyyət,todaypress.tv,