Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını kəskin artırdı

Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını kəskin artırdı
15.07.2025 10:47 Maliyyə

Azərbaycan üzrə fəaliyyət göstərən və AIM birjasında listinqdə olan Böyük Britaniyanın qızıl, mis və gümüş hasilatçısı "Anglo Asian Mining" (AAM) şirkəti bu ilin ilk yarısında Azərbaycanda qızıl hasilatını kəskin artırıb.

TodayPress TV xəbər verir ki, şirkət 2025-ci ilin ilk yarısında qızıl hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıraraq 12 115 unsiyaya çatdırıb.

Hesabata əsasən, cari ilin II rübündə qızıl hasilatı 6 086 unsiya təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir (II rüb, 2024: 2 438 unsiya). Şirkətin ümumi hasilatı isə 8 293 qızıl ekvivalent unsiyası olub.

Artıma əsas səbəb may ayında istismara verilmiş Gilar mədəni olub. Qeyd edilir ki, Gilar yatağından rüb ərzində 106 510 ton filiz hasil edilib. Filizin orta tərkibi 1,23 qr/t qızıl və 0,84% mis təşkil edib.

Bununla yanaşı, mis hasilatı da kəskin artaraq ilin ilk yarısında 1 188 ton olub (I yarı 2024: 100 ton). Gümüş hasilatı isə 5 dəfə artaraq 62 354 unsiyaya çatıb.

Şirkət hesabat dövründə ümumilikdə 9 781 unsiya qızıl külçəsi satıb. Satışların orta qiyməti 3 077 ABŞ dolları olub. Yarımil ərzində AAM 1,8 milyon dollar müsbət pul axını formalaşdıraraq xalis borcunu 13,0 milyon dollara endirib.

Şirkətin baş direktoru Rza Vəziri bildirib ki, Gilar mədəni istismara veriləndən sonra hasilatda əhəmiyyətli artım müşahidə olunub. Onun sözlərinə görə, yaxın aylarda Demirli yatağında da hasilat işlərinə başlanılması planlaşdırılır ki, bu da şirkətin çox-aktivli hasilatçıya çevrilməsində mühüm rol oynayacaq.

XƏBƏR LENTİ
05 IYUN 2026
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 Bütün Xəbərlər