Azərbaycandan Türkiyəyə pul köçürmələri azaldı

Azərbaycandan Türkiyəyə pul köçürmələri azaldı
10.07.2025 22:45 Maliyyə

2025-ci ilin birinci rübündə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 32,427 milyon ABŞ dolları təşkil edib.  Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır.

TodayPress TV xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Birinic rübdə Türkiyədən Azərbaycana 39,584 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 336 min ABŞ dolları, yaxud da 0,8% azdır. Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Türkiyənin payı 28,8%, xaricdən ölkəyə pul köçürmələrində Türkiyənin payı isə 17,2% olub.

Aynur TAC

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər