ARDNF törəmə maliyyə alətlərinə investisiyaları azaltdı

ARDNF törəmə maliyyə alətlərinə investisiyaları azaltdı
21.07.2025 12:21 Maliyyə

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) törəmə maliyyə alətlərinə investisiyaları 53 min manat təşkil edib.

TodayPress TV Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 41,5 dəfə azdır.

Əvəzində qurum ötən il törəmə maliyyə alətləri üzrə 8,153 milyon manatlıq öhdəlik götürüb.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər