AMB vətəndaşları "ASAN xidmət" mərkəzində qəbul edəcək
Maliyyə
11.02.2026 11:18
Fevralın 17-dən Azərbaycan Mərkəzi Bankı (AMB) göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə vətəndaşları 2 və 5 saylı "ASAN xidmət" mərkəzlərində qəbul edəcək.
TodayPress TV bu barədə AMB-yə istinadən xəbər verir.
Qurumda hesab edirlər ki, bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edəcək. Əvəzində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binada vətəndaş qəbulu dayandırılacaq.
Paralel olaraq AMB-nin Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B ünvanında və Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32 ünvanında yerləşən ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcək.
tag: AMB,Vətəndaş,Qəbul,ASAN,Xidmət,Todaypress.tv,
