Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq

Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq
03.08.2026 08:05 İqtisadiyyat

Bu gün Bakının Yasamal rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00 dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər