Qlobal fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
30.06.2026 09:13 İqtisadiyyat

ABŞ fond bazarları son ticarət sessiyasında yüksəlib.

TodayPress TV xəbər verir ki, “Dow Jones” indeksi 306,63 bənd və ya 0,59% artaraq 52 182,74 bəndə, “S&P” 500 indeksi 86,41 bənd və ya 1,18% yüksələrək 7 440,43 bəndə çatıb.

Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi isə 522,52 bənd və ya 2,07% bahalaşaraq 25 820,14 bənd olub. “NYSE Composite” 0,48% artdığı halda, Kanadanın “S&P/TSX Composite” indeksi 0,45% geriləyib.

Avropa bazarlarında isə əsasən eniş müşahidə olunub. “Euro Stoxx” 50 indeksi 0,16% yüksəlsə də, FTSE 100 0,23%, Almaniyanın “DAX” indeksi 0,18%, Fransanın CAC 40 indeksi 0,21%, İspaniyanın “IBEX” 35 indeksi isə 0,20% azalıb.

Asiya-Sakit okean regionunda ticarət qarışıq yekunlaşıb. Yaponiyanın Nikkei 225 indeksi 1,32%, “TOPIX” 0,71%, Çinin CSI 300 indeksi 1,12%, “MSCI AC Asia Pacific” indeksi isə 0,16% yüksəlib. Honq Konqun Hang Seng indeksi 1,18% enib, Avstraliyanın “S&P/ASX 200” indeksi isə demək olar ki, dəyişməyib.

Bazar iştirakçıları ABŞ-da texnologiya sektorunda güclü alışlar və faiz dərəcələri ilə bağlı optimist gözləntiləri müsbət amil kimi qiymətləndirirlər. Avropa bazarlarında isə investorlar iqtisadi artım perspektivləri və mərkəzi bankların pul siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda daha ehtiyatlı mövqe sərgiləyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər