Kriptovalyuta bazarında rəqəmsal aktivlər dəyişdi

Kriptovalyuta bazarında rəqəmsal aktivlər dəyişdi
29.06.2026 09:21 İqtisadiyyat

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin böyük əksəriyyətinin qiyməti enib.

TodayPress TV xəbər verir ki, bazarın ümumi kapitallaşması əvvəlki günlə müqayisədə 0,25% azalaraq 2,07 trilyon dollara enib.

“CoinMarketCap” 20 indeksi (CMC20) isə 0,53% geriləyərək 121,04 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan “Bitcoin” son 24 saatda 0,64% ucuzlaşaraq 59679,97 dollara düşüb. “Ethereum” isə bazardakı ümumi eniş fonunda 0,24% bahalaşaraq 1574,99 dollara yüksəlib.

Digər əsas kriptovalyutalardan BNB 0,94%, “Zcash” 4,42%, Monero 1,72%, Bittensor 1,03%, “Bitcoin Cash” isə 0,04% ucuzlaşıb.

Bazar iştirakçılarının əhvalını əks etdirən “Fear & Greed Index” 16 bənd səviyyəsində qalaraq bazarda "ekstremal qorxu"nun davam etdiyini göstərib.

Analitiklər hesab edirlər ki, bazardakı zəif dinamika investorların riskli aktivlərə ehtiyatlı yanaşması, mənfəət realizasiyası və qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənliyin kriptovalyutalara təsiri ilə bağlıdır.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər