“Bitcoin”in qiyməti yeni rekord qıracaq? Təfərrüatlar açıqlandı

“Bitcoin”in qiyməti yeni rekord qıracaq? Təfərrüatlar açıqlandı
23.06.2026 09:57 İqtisadiyyat

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.

TodayPress TV xəbər verir ki, “Bitcoin”in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir.

“Ethereum” 0,11% ucuzlaşaraq 1 728 dollara düşüb.

BNB-nin qiyməti isə 0,19% artaraq 590,8 dollara yüksəlib. Qızıl əsaslı rəqəmsal aktivlərdən “PAX Gold” 0,76%, “Tether Gold” isə 0,81% ucuzlaşıb.

Digər iri kriptovalyutalar arasında Monero 2,31%, “Zcash” isə 1,10% bahalaşıb. BitTensor 1,45%, “Bitcoin Cash” isə 1,38% dəyər itirib.

Analitiklər bazardakı qarışıq dinamikanı investorların ABŞ-də faiz dərəcələrinin gələcək trayektoriyası və qlobal geosiyasi risklərlə bağlı gözləntiləri ilə əlaqələndirirlər.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər