SON DƏQİQƏ: İran aviaşirkətlərinin Azərbaycana reysləri dayandırıldı - YENİLƏNDİ
İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılıb.
"Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur", - məlumatda vurğulanıb.
***
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
TodayPress TV xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul etməli olub.