Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib

Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib
12.08.2026 17:26 İqtisadiyyat

2026-ci ilin iyulunda Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 453 min barel olub.

TodayPress TV  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel, ikinci rübündə isə 457 min barel təşkil edib.

Fevralda hasilat 454 min, martda 456 min, apreldə 460 min, mayda 455 min, iyunda isə 456 min barel olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 98 min barel geridə qalıb.


XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər