"iPhone" "Face ID"dən imtina edə bilər

İKT

15.12.2025 19:45

Sızdırılan məlumatlara görə, "Apple"ın gələn il təqdim edəcəyi qatlana bilən "iPhone" modelində "3D Face ID" əvəzinə yan tərəfə yerləşdirilmiş "Touch ID" barmaq izi skaneri olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb.

Məlumata əsasən, "Apple Face ID"dən cihazı mümkün qədər nazik dizayn etmək üçün imtina edib. Çünki üz tanıma sisteminin komponentləri smartfonun daxilində xeyli yer tutur. Eyni səbəbdən şirkət ekran altı ultrasəs barmaq izi skanerindən də istifadə etməyib.

Bildirilir ki, hazırkı mühəndislik prototipi 7,58 düymlük elastik əsas ekrana və 5,25 düymlük xarici ekrana malikdir. Daxili ekranın altında ön kamera yerləşir, xarici ekranda isə deşikli kamera var. Əsas kamera sistemi ikili 48 meqapiksellik modullardan ibarətdir.

Qeyd edək ki, "Touch ID" artıq "iPhone"larda köhnəlmiş texnologiya hesab olunur. Barmaq izi skaneri olan son "Apple" smartfonu 2022-ci ildə təqdim edilən "iPhone SE 3" olub. "Apple" 2017-ci ildən etibarən əsas "iPhone" modellərində "Touch ID"dən istifadə etmir.

Türkan İsgəndərli

TodayPress TV

tag: iPhone,Telefon,Touch ID,Apple,Todaypress.tv,