ETX-nin rəis müavini vəzifəsindən azad edildi

ETX-nin rəis müavini vəzifəsindən azad edildi
22.08.2025 10:53 İKT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Tofiq Cəfərli vəzifəsindən azad edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "APA-Economics"in əldə etdiyi məlumatı ETX-dan da təsdiqləyiblər.

Qurumdan bildirilib ki, hələlik T.Cəfərlinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, ötən günlərdə ETX-nin rəisi Samir Rəsulov da vəzifəsindən azad edilib və onun yerinə Fərid Zeynalov qurumun rəhbəri təyin olunub.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər