“Aztelekom”: İnternet xidmətində nasazlıq və ya kəsintilər yoxdur
Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.
Bu barədə TodayPress TV-yə şirkətdən bildirilib.
"Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq, bu gün sosial şəbəkələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.