"Apple" yeni nəsil "Siri" üzərində işləyir

"Apple" yeni nəsil "Siri" üzərində işləyir
11.08.2025 19:00 İKT

“Apple” şirkəti “WhatsApp”, “Uber”, “AllTrails”, “Threads”, “Temu”, “Amazon”, “YouTube” və “Facebook” kimi tətbiqlərlə birbaşa qarşılıqlı əlaqə qura bilən yenilənmiş “Siri” versiyasını sınaqdan keçirir. 

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder və “Bloomberg” müxbiri Mark Qurman məlumat verib.

Onun sözlərinə görə, yeni “Siri” səsli əmrlərlə tətbiqlərdəki funksiyaları tam idarə etməyə imkan verəcək. İstifadəçilər ekrana toxunmadan şəkil axtara, redaktə edə, “Instagram”da şərh yaza, alış-veriş səbətinə məhsul əlavə edə və xidmətlərə daxil ola biləcəklər. 

Yenilənmiş versiya “Apple Intelligence” texnologiyası və təkmilləşdirilmiş “App Intents” sistemi əsasında hazırlanır. Funksiya “iPhone”, “iPad”, “Mac” və “Apple Vision Pro”da əlçatan olacaq. 

Aysel Mətləb

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər