Yeniyetmə boksçularımız Serbiyada ölkəmizi təmsil edəcək
Azərbaycan millisi Dünya Millətlər Kubokunda iştirak edəcək
TodayPress TV xəbər verir ki, Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçiriləcək Dünya Millətlər Kuboku turnirində Azərbaycan millisi də mübarizə aparacaq.
İyunun 10-da start götürəcək beynəlxalq yarışda U-17 yığmamızın heyətində aşağıdakı boksçular iştirak edəcəklər:
46 kq – Aydın Şahbazov, Həsrət Məmmədov
48 kq – Nihat Məmmədli
50 kq – Rüstəm Nəsibov
52 kq – İsmayıl Nəsirzadə
54 kq – Elcan Musazadə
57 kq – Əli Camalzadə
60 kq – Əli Abaslı
63 kq – Vəkil Qurbanov
70 kq – Hidayət Məmmədov
75 kq – Yusif Ağakişiyev
80 kq – Şükar Əliyev
+80 kq – Mehran Rəsulov
Komanda turnirə baş məşqçi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyevin rəhbərliyi altında hazırlaşıb.
Azərbaycanı turnirdə hakim kimi Fərhad Rəhmanov təmsil edəcək.
Namiq HUN