Xviçanın gələcəyi ilə bağlı açıqlama verildi
İdman
28.04.2026 11:48
Badri Kvaratsxeliya oğlu Xviça Kvaratsxeliyanın gələcəyi ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, “Pari Sen-Jermen”in hücumçusunun atası futbolçunun hazırda klubunu dəyişmək barədə düşünmədiyini deyib.
Onun sözlərinə görə, Xviça çox güclü və uğurlu komandada çıxış edir, burada ona etibar olunur və sevilir. O, həmçinin komandanın aparıcı oyunçularından biri hesab olunur.
Badri Kvaratsxeliya bildirib ki, əgər Paris klubunun əməkdaşlığı davam etdirmək istəyi olmasa, o zaman ayrılığı düşünə bilərlər. Hazırda isə bu məsələ gündəmdə deyil.
Qeyd edək ki, son vaxtlar “Arsenal” başda olmaqla bir neçə Premyer Liqa klubunun gürcü futbolçu ilə maraqlandığı iddia olunur.
Xviça Kvaratsxeliya cari mövsüm bütün turnirlərdə 42 oyunda 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Namiq HUN
tag: Xviça Kvaratsxeliya,Badri Kvaratsxeliya,Pari Sen-Jermen,Arsenal,Todaypress.tv,
