UWW-dən Azərbaycan referilərinə böyük etimad
Azərbaycanın iki hakimi güləş üzrə dünya çempionatına dəvət alıb.
TodayPress TV xəbər verir ki, United World Wrestling (UWW) böyüklər arasında keçiriləcək dünya çempionatı üçün hakimlərin siyahısını açıqlayıb.
Siyahıda Azərbaycanın iki beynəlxalq dərəcəli hakimi də yer alıb. I-S kateqoriyalı referilər Asif Şirəliyev və Sədi Quliyev nüfuzlu yarışda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, güləş üzrə dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Mundialda 46 ölkədən 71 hakim yarışların idarə olunmasında iştirak edəcək.
Namiq HUN